main-post-cover

    Google Gemini çat-botunu qulaqlıqlarda istifadəyə verəcək

    Proqram Təminatı
    13.02.2024
    Farid Pardashunas
         Keçən həftə Google öz süni zəka əsaslı çat-botunun adını Bard-dan Gemini-yə dəyişdi. Bununla yanaşı şirkət Gemini-nin Android tətbiqini də istifadəyə verdi. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, şirkət Gemini-ni smartfonlarla yanaşı həmçinin qulaqlıqlarda da istifadə etmək niyyətindədir. Bu barədə məlumat Google tətbiqinin kodunda aşkar edilib. Orda qeyd edilib ki, Gemini qulaqlıqlarda istifadəyə veriləcək. Bunun necə reallaşdırılacağı barəsində məlumat yoxdur. Çox güman ki, smartfona quraşdırılmış Gemini çat-botu ilə qulaqlıqlar arasında sinxronlaşdırma reallaşdırılacaq və nəticədə çat-bot qulaqlıqlarda Google Assistant kimi çalışacaq. Bununla yanaşı bunun yalnız Google Pixel qulaqlıqlarında və ya digər brendlərin qulaqlıqlarında da reallaşdırılacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq
    google-istifadecileri-deleduz-tetbiqlerden-qoruyacaq
    Google Pixel 9 smartfonlarından biri Geekbench testlərindən keçib
    google-pixel-9-smartfonlarindan-biri-geekbench-testlerinden-kecib
    Google şirkəti Pixel Tablet 2 planşeti üzərində çalışır
    google-sirketi-pixel-tablet-2-planseti-uzerinde-calisir
    Google öz çat-botunun adını dəyişdi və onun Android tətbiqini istifadəyə verdi
    google-oz-cat-botunun-adini-deyisdi-ve-onun-android-tetbiqini-istifadeye-verdi
    Qatlana bilən Google Pixel Fold 2-nin prototipinin fotosu təqdim edilib
    qatlana-bilen-google-pixel-fold-2-nin-prototipinin-fotosu-teqdim-edilib