
Google Gemini, WhatsApp-dakı zəngləri və bildirişləri emal edə biləcək
Proqram Təminatı
28.08.2024
Emil
Yaxın zamanda Google Gemini rəqəmsal köməkçisi WhatsApp-dakı mesajları və bildirişləri emal edə biləcək. Belə bir qənaətə Google Gemini tətbiqinin yeni versiyasının APK faylının analizi nəticəsində gəlinib. Məlumatda qeyd edilib ki, Google Gemini dünyanın ən məşhur messencerindəki mesajları oxuya, mesajları göndərə, WhatsApp və Google Messages üzərindən zəngləri reallaşdıra və Android-dəki bildirişləri idarə edə biləcək.

Bu, Google şirkətinin Gemini-ni istifadəçilərin gündəlik həyatlarına daha geniş inteqrasiyası yolundakı strategiyasının bir hissəsidir. Məlumatda qeyd edilib ki, Google Gemini-də olacaq yenilik bildirişləri çeşidləyəcək və onları vacibliklərinə görə kateqoriyalara ayıracaq. Nəticədə istifadəçi mesajların daha rahat idarəsi imkanını əldə edəcək. Bu funksiyaların Gemini daxilində hələ deaktiv olmalarına baxmayaraq onların təsvirləri onu göstərirlər ki, Google şirkəti Gemini-ni universal süni zəka köməkçisinə çevirmək niyyətindədir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
