Logo
    main-post-cover

    Google Gmail-i bağlayır?

    Proqram Təminatı
    23.02.2024
    Farid
         ABŞ-ın texnologiya nəhəngi Google, 2023-cü ilin sentyabrında dünyanın ən məşhur e-poçt xidmətlərindən biri olan Gmail ilə bağlı qərar qəbul etdi. Bu qərara əsasən Gmail-in HTML versiyası 2024-cü ildən etibarən dayandırılacaq. Google bu qərarı bəzi istifadəçilərə göndərdiyi e-poçtda elan edib. 
         Fevral ayının gəlişi ilə Google-un Gmail qərarı bir daha aktual mövzulardan birinə çevirildi. Belə ki, sosial şəbəkələrdə tez bir zamanda populyarlaşan bir e-poçt mesajında Google-nin Gmail-i 1 avqust 2024-cü il tarixindən etibarən dayandıracağı bildirilirdi. Gmail istifadəçiləri bu saxta mesajdan sonra Google-a qarşı sərt fikirlər bildirməyə başlayıblar. Sosial şəbəkələrdə yayılan həmin e-poçt mesajını təqdim edirik:
         Yekun nəticəyə gəldikdə isə, sosial şəbəkələrdə paylaşılan saxta e-poçt mesajına əsasən, Google-nin Gmail-i bağlamağı haqqında qərarı həqiqəti əks etdirmir. Lakin Google-nin Gmail-in HTML versiyasını siləcəyi həqiqəti isə öz doğrulunu qoruyub, saxlayır.
         Buna səbəb, Gmail-in HTML versiyası cari versiyaya nəzərən artıq çox köhnə hesab olunur. Xüsusilə yavaş internet bağlantıları və köhnə internet brauzerləri üçün nəzərdə tutulmuş köhnə versiyada yalnız e-poçta baxmaq funksiyasını təklif edir və proses olduqca çətin olur. Belə olan halda, Google artıq heç kimin istifadə etmədiyi Gmail-in HTML versiyasını ləğv etməyi normal haldır.
    Paylaş