Logo
    main-post-cover

    Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq

    Proqram Təminatı
    09.02.2024
    Emil
         Google şirkəti özünün Play Protect servisinin iatifadəyə veriləcək yeni funksiyasından danışıb. Yeni funksiya sayəsində Play Protect istifadəçiləri təkcə zərərli tətbiqlərdən deyil həmçinin proqram təminatındakı şübhəli proseslərdən də qoruyacaq. Google tərtibatçılarının sözlərinə əsasən yeni funksiya istifadəçilərin pul vəsaitlərini oğurlamağa hədəflənmiş dələduz tətbiqlərin mobil cihazlara quraşdırılmasının qarşısını alacaq.
         Play Protect-in yenilənməsindən sonra o, konfidensial məlumatların əldə edilməsi üçün istifadəçidən çoxlu sayda icazəni tələb edən APK fayllarının quraşdırılma prosesini bloklayacaq. Bununla yanaşı Play Protect istifadəçiyə bu və ya digər tətbiqin yoxlanış üçün Google mütəxəssislərinə göndərilməsini də təklif edə biləcək. Yeni funksiyanın əsas məqsədi istifadəçiləri müxtəlif dələduzluq hallarından qorumaqdır.
    Paylaş