
Google kənar Android tətbiqlərin yüklənməsi prosesini daha təhlükəsiz edəcək
Proqram Təminatı
07.11.2024
Emil
Android əməliyyat sistemi istifadəçilərə Google Play-dən kənar olan mənbələrdən tətbiqləri yükləməyə imkan verir. Lakin bu halda istifadəçi Android-də olan təhlükəsizlik sistemini deaktiv etməlidir. Məsələ burasındadır ki, əksər istifadəçilər kənar mənbələrdən lazımi tətbiqləri yükləyəndən sonra təhlükəsizlik sistemini yenidən aktivləşdirməyi unudurlar. Bu isə öz növbəsində cihazı müxtəlif təhlükələr üçün açıq edir. Google yaxın zamanda bu vəziyyəti dəyişəcək.

Belə ki, şirkət Android-də olan Play Protect təhlükəsizlik sisteminin müddətli deaktivasiyası özəlliyi üzərində çalışır. Bu yeni imkan sayəsində təhlükəsizlik sistemi deaktiv ediləndən müəyyən müddət sonra avtomatik şəkildə yenidən aktivləşəcək. Hətta istifadəçi fərdi şəkildə sistemi aktivləşdirməyi unutsa belə, bu, cihazın təhlükəsizliyinə təsir göstərməyəcək. Ortaya çıxmış screenshot fotodan da görmək olar ki, Play Protect-in müddətli deaktivasiyasını reallaşdıracaq Pause düyməsi olacaq. Bu yeni funksiya hələ test mərhələsindədir və onun nə zaman istifadəyə veriləcəyi bilinmir
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
