
Google köhnə kompüterlərin istifadəçilərinə Windows 10 alternativi kimi öz əməliyyat sistemini təklif edir
Proqram Təminatı
16.02.2024
Emil
Canalys şirkətinin analitiklərinin hesablamalarına əsasən gələn il Windows 10-un dəstəyinin rəsmi şəkildə dayandırılmasından sonra Windows 11-i dəstəkləməyən kompüterlərin sayı təqribi olaraq 240 milyon təşkil edəcək. Google isə öz növbəsində bu kompüterlər üçün Windows 10 alternativi kimi öz əməliyyat sistemini təklif edir. Söhbət, ChromeOS Flex-dən gedir. Google şirkətinin bu əməliyyat sistemi xüsusi olaraq köhnə kompüterlər üçün nəzərdə tutulub. ChromeOS Flex orijinal ChromeOS-in daha sadələşdirilmiş versiyasıdır. O, Android tətbiqlərin dəstəyindən və Windows tətbiqlərinin emulyasiyası imkanından məhrumdur.
Bununla belə sözügedən əməliyyat sisteminin yüksək sistem tələbləri yoxdur və üstəlik o, internetə qoşulmadan da çalışa bilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu əməliyyat sisteminin nə dərəcədə geniş funksionallığa sahib olması məhz internet bağlantısının olub-olmamasından asılıdır. ChromeOS Flex brauzerlər ilə yanaşı mətn və foto redaktorları, elektron poçt tətbiqlərini, fotolara baxış imkanlarını, arxivatorları və digər tətbiqləri dəstəkləyir. ChromeOS Flex-in kompüterə quraşdırılma təlimatı Google şirkətinin rəsmi saytında yerləşdirilib.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
