
Google Maps-in küçə və peyk şəkilləri daha keyfiyyətli hala gəlir!
Proqram Təminatı
26.09.2024
Aslan
Google şirkəti Maps proqramında Street View və peyk şəkillərini daha keyfiyyətli şəkillərlə yeniləməyə başladığını açıqlayıb. Həmçinin köhnə peyk şəkilləri də Google Earth proqramına əlavə edilib.
Axtarış nəhəngi, Avstraliya, Braziliya, Fransa, Danimarka, Yaponiya, Filippinlər, Meksika, İspaniya, Serbiya, İsveçrə və Cənubi Afrika da daxil olmaqla təxminən 80 ölkədə Street View görüntülərini yeniləyir. Bundan əlavə, Street View-i Bosniya-Herseqovina, Namibiya, Lixtenşteyn və Paraqvaya gətirir. Google, 2022-ci ildə istifadəyə verilən daha portativ Street View kamerasının gələcəkdə daha çox məkanın görüntülərini təqdim etməyə kömək edəcəyini bildirir.

Bundan başqa, Google, buludları, kölgələri, dumanı və çəni aradan qaldıran süni intellekt vasitəsi sayəsində Google Maps və Google Earth-də daha dəqiq peyk görüntülərinin istifadəyə veriləcəyini açıqlayıb. Nəhayət, Google Earth-ün veb versiyasında və mobil tətbiqində artıq köhnə görüntülərə daxil olma imkanı təqdim ediləcəyi açıqlanıb. Bu xüsusiyyətə əvvəllər yalnız Google Earth Pro masaüstü tətbiqindən daxil olmaq mümkün idi.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
