
Google öz çat-botunun adını Gemini-yə dəyişməyi və onun Android tətbiqini işə salmağı planlaşdırır
Proqram Təminatı
06.02.2024
Emil
Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botuna sahibdir və şirkət onu aktiv şəkildə inkişaf etdirir. Verilmiş yeni məlumata əsasən isə şirkət öz çat-botunun adını Gemini ilə əvəz etməyi və onun üçün ayrıca Android tətbiqi istifadəyə verməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, bu dəyişikliklər artıq bu həftə qüvvəyə minəcəklər. Məlumata əsasən 7 fevral tarixində həmçinin Gemini Advanced adlı ödənişli paket istifadəyə veriləcək. Bu ödənişli paket çərçivəsində istifadəçilər Gemini Ultra 1.0 süni zəka modelindən istifadə edə biləcəklər. Qeyd etmək lazımdır ki, Gemini Advanced kodlaşdırma, məntiqi düşüncə və daha detallı təlimatların yerinə yetirilməsi kimi qəliz tapşırıqların öhdəsindən daha yaxşı gəlir. Gemini Advanced-in 150 ölkədə aktiv olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
