Logo
    Google Photos-a həssas məlumatları gizlədən alət əlavə edilir

    Google Photos-a həssas məlumatları gizlədən alət əlavə edilir

        “Google” şirkəti “Google Photos” üçün süni intellektə əsaslanan yenilikləri yaymağa başlayıb. Əsas yeniliklərdən biri olan “Redact” aləti şəkil və ekran görüntülərindəki həssas məlumatları bulanıqlaşdırır və ya pikselləşdirir. Məsələn, avtomobilin dövlət qeydiyyat nişanını seçib oxunmaz piksel blokuna çevirmək olur.
    Google Photos-a həssas məlumatları gizlədən alət əlavə edilir
        “Redact” yenilənmiş “Markup” redaktə bölməsinə daxildir. Qələm və mətn alətləri də yeni seçimlər qazanıb. İstifadəçilər sürüşdürmə düyməsi ilə qələm və markerin qalınlığını dəqiq seçə, mətnlərdə yeni şriftlər işlədə biləcəklər. Alətlər “Google Photos”un “Android” versiyasında dünya üzrə yayılır.
        “Android” üçün çıxan “Moods” funksiyası fotolara nostalji və köhnə kamera görüntüsü verir. Seçimlərə 35 mm film, 2000-ci illərin rəqəmsal kamerası, retro kontrast, gecə işığı, mavi duman, minimalist görünüş və zəngin teksturalar daxildir. Effektin gücünü sürüşdürmə düyməsi ilə dəyişmək olur. Funksiya effekti hər görüntüyə avtomatik uyğunlaşdırır.
        “Google Photos”a istifadəçinin görünüşündən yararlanan 15 yeni “Remix” şablonu da əlavə olunur. Onlarla qırmızı xalça səhnələri, əyləncəli ad günü kartları və fotokabin çəkilişləri yaratmaq olar. Yenilik seçilmiş ölkələrdə “Android” və “iOS” istifadəçilərinə açılır, ancaq ölkələrin tam siyahısı açıqlanmayıb.
        “Wardrobe” funksiyası ABŞ, Hindistan və Braziliyada daha çox “Android” və “iOS” istifadəçisinə açılır. Funksiya foto kitabxanasındakı geyim və zinət əşyalarını kataloq şəklində toplayır və kombin ideyaları tapmağa kömək edir. ABŞ-də “Google AI Pro” və ya “AI Ultra” abunəçiləri “Gemini Spark” daxilində yalnız 1 sorğu yazaraq fotolarını tapıb redaktə edə biləcəklər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...