main-post-cover

    Google Photos-da yeni süni zəka funksiyaları istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    17.11.2023
    Emil Nəcəfov
         Google Photos servisində süni zəka əsaslı yeni funksiyalar istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiyalar servis daxilində fotoların daha yaxşı təşkilini və kateqoriyalara ayrılmasını təmin edəcək. Funksiyalardan biri Photo Stacks adını əldə edib. Sözügedən funksiya oxşar fotoları bir yığına birləşdirir və onların arasında ən yaxşısını seçməyə imkan verir.
    Google Photos получили новые функции на основе ИИ для организации фотографий в галерее-2
         Bu öz növbəsində fotolara baxma prosesini sadələşdirəcək, dublikatları və oxşar kadrları ümumi fotolarda aradan qaldıracaq. Digər bir funksiya isə süni zəka vasitəsilə screenshot, sənəd və digər faydalı fotoları təyin edə bilir. Onları ayrıca albomlara yerləşdirmək və xatırlatmanı təyin etmək olacaq. Məsələn istifadəçi hansısa tədbirə QR kodlu biletin skan xatırlatmasını təyin edə bilər. Sözügedən funksiyalar artıq tədricən istifadəyə verilir və onlar Google Photos-un  həm Android həm də iOS versiyasında aktiv olacaqlar.
    Google Photos получили новые функции на основе ИИ для организации фотографий в галерее-3
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
    hava-seraitini-10-gun-onceden-deqiq-proqnozlasdiran-suni-zeka-sistemi-hazirlanib
    Güclü Tensor prosessorlarının tətbiqinə Google Pixel 10 smartfonlarından start veriləcək
    guclu-tensor-prosessorlarinin-tetbiqine-google-pixel-10-smartfonlarindan-start-verilecek
    Google Pixel 8a-nın maket fotoları ortaya çıxıb
    google-pixel-8a-nin-maket-fotolari-ortaya-cixib
    Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
    google-ilk-zamanlarda-google-play-in-uguruna-inanmirdi
    Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
    google-safarideki-reklam-elanlari-gelirlerinin-36-ni-apple-sirketine-odeyir