main-post-cover

    Google Pixel 9 smartfonlarının hansı süni zəka funksiyalarını əldə edəcəkləri məlum olub

    Proqram Təminatı
    08.08.2024
    Emil Nəcəfov
         Google artıq 13 avqust tarixində Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold modelləri daxil olacaqlar. Son zamanlarda müxtəlif istehsalçıların öz smartfonlarına süni zəka funksiyalarını inteqrasiya etdiklərini nəzərə alsaq, bu mövzuda Google şirkətini istisna etmək lazım deyil. Belə ki, şirkət hələ bir neçə müddət bundan öncə rəsmi şəkildə təsdiqlədi ki, Pixel 9 smartfonlarında süni zəka funksiyaları istifadəyə veriləcək. İndi isə insayderlər Pixel 9 smartfonlarının hansı süni zəka funksiyalarına sahib olacaqlarını açıqlayıblar. Açıqlanmış süni zəka funksiyaları aşağıdakı siyahıda qeyd edilib və nəticədə smartfonlarda siyahıdakı funksiyalardan başqalarının istifadəyə verilib-verilməyəcəyi bilinmir.
    - Pixel Studio tətbiqində unikal fotoların tərtibatı funksiyası
    - Weather tətbiqinin hava proqnozu əsasında istifadəçiyə geyim məsləhəti imkanı
    - Hər hansısa fotoda seçilmiş obyektin istənilən digər obyektlə əvəzlənməsi
    - Screenshot Search üzərindən təbii yazı dili vasitəsilə screenshotların axtarışı.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Chrome-da veb saytların monetizasiyası funksiyası istifadəyə veriləcək
    google-chrome-da-veb-saytlarin-monetizasiyasi-funksiyasi-istifadeye-verilecek
    Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
    google-ve-meta-nin-usaqlari-hedef-alan-gizli-ortaqligi-uze-cixib
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Qatlana bilən Google Pixel 9 Pro Fold-un bəzi kamera özəllikləri məlum olub
    qatlana-bilen-google-pixel-9-pro-fold-un-bezi-kamera-ozellikleri-melum-olub
    Google şirkətinin axtarış sistemləri sahəsindəki monopoliyası məhkəmə səviyyəsində təyin edildi
    google-sirketinin-axtaris-sistemleri-sahesindeki-monopoliyasi-mehkeme-seviyyesinde-teyin-edildi