Google Play-də tətbiqlər barəsində məlumatlar verəcək süni zəka əsaslı çat-bot istifadəyə veriləcək
Proqram Təminatı
31.10.2024
Emil Nəcəfov
Google Play-in yeni beta versiyasında maraqlı süni zəka funksiyasının təsviri aşkar edilib. Məlumata əsasən Google Play üçün hazırlanan yeni süni zəka əsaslı funksiya sayəsində tətbiqləri yükləmədən onlar barəsində ətraflı məlumatı əldə etmək mümkün olacaq. İnsayderlər bu funksiyanın necə reallaşdırılacağı barəsində məlumat veriblər.
Məlumata əsasən yeni funksiya “Ask a question” adlanır və o, Google Play-in kodunda aşkar edilib. Lakin funksiya tətbiqlər mağazasının interfeysinə hələ əlavə edilməyib. Gözləntilərə əsasən sözügedən yeni funksiya istifadəçilərin tətbiqlər haqqında verəcəkləri suallar üçün nəzərdə tutulmuş xüsusi sahə formasında reallaşdırılacaq. Yəni istifadəçinin suallarına cavabları süni zəka əsaslı çat-bot təqdim edəcək. Lakin çat-botun öz cavablarını hansı kriteriyalar üzrə tərtib edəcəyi bilinmir. Funksiyanın Google Play-də nə zaman istifadəyə veriləcəyi aydın deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google-dakı yeni kodların dörddə birinin süni intellekt tərəfindən yazıldığı açıqlanıb!
Google-dakı yeni kodların dörddə birinin süni intellekt tərəfindən yazıldığı açıqlanıb!
Google-un son rüblük qazanc hesabatında CEO Sundar Pichai, şirkətin süni intellektə və mövcud xidmətlərinə münasibəti ilə bağlı açıqlamalar verib.
Yeni məlumat sızıntısı Google Pixel 9a-nın texniki imkanlarını ortaya çıxarıb
Yeni məlumat sızıntısı Google Pixel 9a-nın texniki imkanlarını ortaya çıxarıb
Google şirkətinin orta büdcəli Google Pixel 9a smartfonunu gələn ilin mart ayında təqdim edəcəyi gözlənilir. İndi isə internetdə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb.
Rusiyadan Google-a 20.000.000.000.000.000.000.000.000.000.000.000 dollar dəyərində cərimə!
Rusiyadan Google-a 20.000.000.000.000.000.000.000.000.000.000.000 dollar dəyərində cərimə!
Rusiya, Google-ı keçmişdəki məhkəmə işləri ilə əlaqədar cəzalarla birlikdə 20 desilyon dollardan çox bir məbləğdə ciddi bir cəriməyə məhkum edib.
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular.
Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır
Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır
Google şirkəti Android-in təhlükəsizlik sisteminə yeni funksiyanın əlavə edilməsi üzərində çalışır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!