Logo
    main-post-cover

    Google Play-dən tətbiqlərin yüklənməsi daha rahat və informativ olacaq

    Proqram Təminatı
    01.07.2025
    Emil
         Google öz mağazasında tətbiq yükləmələri ilə bağlı bildiriş interfeysini yeniləyir. Artıq Google Play istifadəçiləri mağazaya daxil olmadan, birbaşa bildiriş panelində daha ətraflı məlumat görə biləcəklər. Yenilənmiş funksiya Play Store-un 46.1.37‑31 versiyasında aşkar edilib. Yeni versiyada bildirişdə tətbiqin ikonu, yükləmə prosesini göstərən dairəvi göstərici, faylın həcmi və quraşdırma başa çatdıqdan sonra “Aç” düyməsi görünür.
         “See more” düyməsi isə istifadəçini ayrıca yükləmə menecerinə yönləndirə bilər, lakin bu interfeys hələlik test mərhələsindədir. Bəzi elementlər hələ stabil şəkildə işləmir: məsələn, bəzən yükləmə başa çatdıqdan sonra belə proses göstəricisi “0% / 0 MB” kimi görünür. Hazırda yeniləmə məhdud sayda istifadəçiyə təqdim olunur və böyük ehtimalla A/B testi formatında yayılır. Hələlik yeniləmənin nə zaman bütün istifadəçilər üçün əlçatan olacağına dair məlumat yoxdur, çünki Google kütləvi təqdimatdan əvvəl yeni funksiyaları bir neçə mərhələdə yoxlayır.
    Paylaş