main-post-cover

    Google Play Market-də bir neçə tətbiqin eyni anda yenilənməsi və yüklənməsi imkanı istifadəyə verilib

    Proqram Təminatı
    29.08.2024
    Emil Nəcəfov
         Google şirkəti özünün Play Market platformasını yeniləyib. Nəticədə Google şirkətinin tətbiqlər mağazasına yeni faydalı özəllik əlavə edilib. Söhbət, Play Market üzərindən bir neçə tətbiqin eyni anda yenilənməsi imkanından gedir. Qeyd etmək lazımdır ki, daha öncə istifadəçilər Google Play Market üzərindən tətbiqləri yalnız növbəli şəkildə yeniləyə bilirdilər. İndi isə bu platforma eyni anda 3 ədəd tətbiqi yeniləmək imkanını istifadəçilərinə təqdim edir.
         Məlumatda qeyd edilib ki, tətbiqlərin yenilənmələrindən əlavə olaraq bu yeni imkan üstəlik onların yüklənmələri prosesini də əhatə edir. Belə ki, bundan sonra istifadəçilər öz cihazlarına eyni anda 2 tətbiqi birdən  yükləyə biləcəklər. Qeyd etmək lazımdır ki, Google şirkəti bir neçə tətbiqin eyni anda yenilənməsi funksiyasını bu ilin əvvəlində test etməyə başladı. İndi isə şirkət onu mərhələli şəkildə bütün istifadəçilər arasında aktivləşdirməyə başlayıb. Google Play Market-də reallaşdırılmış bu yeni funksiya tətbiqlərin yenilənmələri prosesini istifadəçilər üçün daha effektiv və sürətli hala gətirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini, WhatsApp-dakı zəngləri və bildirişləri emal edə biləcək
    google-gemini-whatsapp-daki-zengleri-ve-bildirisleri-emal-ede-bilecek
    Google DeepMind əməkdaşları, süni intellektin hərbi xidmətlər üçün istifadə edilməyinə qarşı etirazlarını bildiriblər!
    google-deepmind-emekdaslari-suni-intellektin-herbi-xidmetler-ucun-istifade-edilmeyine-qarsi-etirazlarini-bildiribler
    Google Pixel 9a-nın ilk real fotoları təqdim edilib
    google-pixel-9a-nin-ilk-real-fotolari-teqdim-edilib
    Chrome, artıq icazəsiz istifadəçi məlumatlarını toplaya bilməyəcək!
    chrome-artiq-icazesiz-istifadeci-melumatlarini-toplaya-bilmeyecek
    Google 3 ədəd Pixel smartfonunun satışlarını dayandırıb
    google-3-eded-pixel-smartfonunun-satislarini-dayandirib