main-post-cover

    Google Play Market üzərindən eyni anda daha çox tətbiqi yeniləmək və yükləmək mümkün olacaq

    Proqram Təminatı
    05.09.2024
    Emil Nəcəfov
         Keçən həftə Google Play Market platforması yeniləndi bununla da istifadəçilərə yeni imkan təqdim edildi. Söhbət, Google Play Market üzərindən eyni anda bir neçə tətbiqin yenilənməsi və yüklənməsi imkanından gedir. Belə ki, istifadəçilər Google Play Market üzərindən eyni anda 3 ədəd tətbiqi yeniləyə və 2 ədəd tətbiqi yükləyə bilərlər. İndi isə məlum olub ki, Google öz platforması üzərindən eyni anda yenilənən və yüklənən tətbiqlərin say limitini artırmağı planlaşdırır.
         Məlumata əsasən Google Play Market-də eyni anda yenilənən və yüklənən tətbiqlərin say limiti 4-ə yüksəlib. Lakin bu yeni say limiti hələ ki, məhdud sayda istifadəçi arasında test edilir. Beləliklə məhdud sayda istifadəçi Google Play Market üzərindən eyni anda 4 ədəd tətbiqi yeniləyə və yükləyə bilir. Bu öz növbəsində istifadəçinin yeni cihaz aldığı halda cihazın sürətli ayarlanmasında və çoxlu sayda tətbiqin tez zamanda yüklənməsində yardımçı olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google, Amazon və digər böyük şirkətlər istifadəçilərinin danışıqlarını dinləyirlər
    google-amazon-ve-diger-boyuk-sirketler-istifadecilerinin-danisiqlarini-dinleyirler
    Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
    google-insan-sesi-sayesinde-xesteliyi-teyin-ede-bilecek-suni-zeka-uzerinde-calisir
    Google, Gmail üçün sürətli cavab funksiyasını təqdim edib!
    google-gmail-ucun-suretli-cavab-funksiyasini-teqdim-edir
    Google Play Market-də bir neçə tətbiqin eyni anda yenilənməsi və yüklənməsi imkanı istifadəyə verilib
    google-play-market-de-bir-nece-tetbiqin-eyni-anda-yenilenmesi-ve-yuklenmesi-imkani-istifadeye-verilib
    Google Gemini, WhatsApp-dakı zəngləri və bildirişləri emal edə biləcək
    google-gemini-whatsapp-daki-zengleri-ve-bildirisleri-emal-ede-bilecek