
Google, Play Store-dakı hökumətə məxsus tətbiqləri "etiketləməyə" başlayıb!
Proqram Təminatı
03.05.2024
Aslan
Google, Play Store-a istifadəçilər üçün çox faydalı ola biləcək xüsusiyyət əlavə edib. Ölkəmizə hələ gəlməmiş bu xüsusiyyət rəsmi dövlət proqramlarına etiketlər əlavə edərək, istifadəçiyə onların saxta olmadığını göstərir.
Belə ki, Google-un bu "etiket" xüsusiyyətini təqdim etməkdə əsas məqsədi istifadəçilərin məlumat və ya pul oğurlamaq və dövlət proqramlarını təqlid etmək məqsədi daşıyan proqramlardan uzaq durmalarını təmin etməkdir. Biz bilirik ki, belə hadisələr dünyada, o cümlədən ölkəmizdə tez-tez baş verir. İnsanlar saxta saytları və ya proqramları dövlət qurumu ilə səhv salıb, fırıldaqçılar tərəfindən pullarını itirə bilərlər.

Yuxarıdakı ekran görüntülərindən etiketin necə görünəcəyini görə bilərik. Şəkillərdən də görüldüyü kimi şirkət tətbiq səhifəsinə hökumət nişanı əlavə edib. Üzərinə basdığınız zaman bunun Play tərəfindən təsdiqlənmiş rəsmi proqram olduğu bildirilir. Bu yolla, saxta proqramları yükləmək şansınız minimuma endirilir. Şirkət bu xüsusiyyət sayəsində hələlik ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və Yaponiya da daxil olmaqla 14 regionda 2 mindən çox tətbiqə etiket əlavə edib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
