
Google Podcasts servisinin nə zaman bağlanacağı rəsmi şəkildə açıqlanıb
Proqram Təminatı
11.12.2023
Emil
Google şirkəti sentyabr ayında elan etmişdi ki, o, 2024-cü ildə Google Podcasts servisini bağlayacaq. Lakin həmin vaxtda şirkət bunun dəqiq şəkildə nə zaman baş verəcəyini açıqlamamışdı. İndi isə bu məlumat da rəsmi şəkildə təqdim edilib. Deməli şirkətin vermiş olduğu məlumata əsasən Google Podcasts servisi gələn ilin aprel ayında bağlanacaq. İstifadəçilər isə mart ayının sonuna kimi sözügedən servisdə podkastlara qulaq asa biləcəklər. Google Podcasts servisinin bağlanması ilə şirkət podkastlara qulaq asmaq imkanını Youtube Music servisinə əlavə edəcək. İstifadəçilər Google Podcasts-da abunə olduqları podkastları Youtube Music-ə köçürə biləcəklər. Bunun üçün Google ilk növbədə ABŞ-da çalışacaq xüsusi funksiyanı istifadəyə verəcək. Funksiya yaxın həftələr ərzində Google Podcasts servisinin ana səhifəsində banner şəklində istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
