
Google smart saatlar üçün WearOS 5 əməliyyat sistemini hazırlayır
Proqram Təminatı
25.01.2024
Emil
Google şirkəti smart saatlar üçün nəzərdə tutulmuş WearOS əməliyyat sisteminin yeni versiyasını hazırlayır. Məlumata əsasən əməliyyat sisteminin yeni versiyası WearOS 5 adlanacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, WearOS 5-in əsasında Android 14 dayanır. Qeyd etmək lazımdır ki, Google əməliyyat sisteminin yeni versiyasını Samsung ilə birgə hazırlayır. Burdan da belə qənaətə gəlmək olar ki, WearOS 5-i ilk növbədə Galaxy Watch 7 smart saatları əldə edəcəklər. WearOS 5-də nə kimi yeniliklərin olacaqları barəsində bir məlumat yoxdur. Çox güman ki, WearOS 5 yaz fəslində keçiriləcək Google I/O 2024 konfransı çərçivəsində təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Google Pixel 9-un render fotoları təqdim edilib
Dünən Google Pixel 9 Pro smartfonunun render fotoları təqdim edildi. İndi isə OnLeaks ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə adi Google Pixel 9 smartfonunun render fotolarını təqdim edib.

Cihazlar+
Google Pixel 8a-nın dizaynı ortaya çıxıb
Google Pixel 7a-nın aşağı satış göstəricilərinə baxmayaraq şirkət Pixel 8a-nın satışa çıxarılması ideyasından imtina etmək qərarında deyil.

Elm & Texnologiya
Google öz yeni mobil prosessorunu Samsung-un yardımı olmadan hazırlayacaq
Verilmiş məlumata əsasən Google şirkəti gələn il təqdim olunacaq Pixel 10 smartfon seriyası tərkibində özü tərəfindən hazırlanmış Tensor prosessorunu təqdim edəcək.

Proqram Təminatı
Google Chrome-da 3 yeni süni zəka funksiyası istifadəyə veriləcək
Google özünün Chrome brauzerində 3 yeni funksiyanın testinə start verib.

Cihazlar+
Google Pixel 9 Pro-nun render fotoları təqdim edilib
Google keçən ilin oktyabr ayında Google Pixel 8 smartfon seriyasını təqdim etmişdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
