Logo
    main-post-cover

    Google süni zəka cavablarına reklam elanlarını inteqrasiya edib

    Proqram Təminatı
    04.10.2024
    Emil
         Google şirkəti öz süni zəka sistemi tərəfindən tərtib edilən cavablara reklam elanlarını inteqrasiya etməyə başlayıb. Bundan sonra istifadəçi süni zəka tərəfindən tərtib edilmiş axtarış nəticələrinin bəzilərində müxtəlif məhsulların reklam elanlarını görəcəklər. Məsələn əgər siz paltardan ot ləkəsinin çıxarılması üsulunu axtarırsınızsa Google sizə müxtəlif məsləhətlər ilə yanaşı bu işdə yardımı ola biləcək məhsulları da təklif edəcək. Təklif ediləcək məhsullar sponsorlu məhsullar kimi qeyd ediləcək və yalnız kommersiya məqsədli sorğu çərçivəsində sərgilənəcək. Qeyd etmək lazımdır ki, şirkət süni zəka tərəfindən tərtib edilən cavablarda reklam elanlarını bu ilin may ayından test edirdi. İndi isə şirkət bu özəlliyi tam şəkildə istifadəyə verib. Məlumatda qeyd edilib ki, reklam elanları hələ ki, ABŞ-dakı istifadəçilər üçün nəzərdə tutulub və onlar yalnız mobil cihazlarda sərgilənəcək.
    Paylaş