Google Translate-yə bəlkə də adını belə eşitmədiyiniz 110 ədəd fərqli dil əlavə olunub!
Proqram Təminatı
27.06.2024
Farid Pardashunas
İlk dəfə 2006-cı ildə istifadəyə verildiyi zaman hər kəsi heyran edən Google Translate, süni intellekt modellərinin inkişafı ilə öz qabiliyyətlərini artırmaqda davam edir. Başlanğıcda yalnız bir neçə dildə xidmət göstərən platforma, bu gün edilən elana görə, daha 110 fərqli dilə ev sahibliyi edəcək.
Google, bu gün verdiyi açıqlamada qabaqcıl süni intellekt modeli "PaLM 2 AI"nin imkanlarından istifadə edərək Google Translate-yə 110 yeni dil əlavə etdiyini açıqlayıb. Bu dillərə Afar, Kanton, Manks, Nko, Punjabi, Tamazight və Tok Pisin kimi əvvəllər eşitmədiyiniz dillər daxildir. Yeni əlavə edilən dillərin ümumilikdə 614 milyondan çox danışanı təmsil etdiyini bildirən şirkət, dünya əhalisinin təxminən 8%-nin bu dillərdə danışdığını bildirib. Əlavə edilən dillər arasında 100 milyon aktiv danışanın olduğu kimi 1 dənə də aktiv danışanı olmayan dil var.
Google Translate-in 110 dil üçün dəstəyi bütün dünyada milyonlarla insan üçün yeni imkanlar deməkdir. Artıq insanlar müxtəlif mədəniyyətləri daha asan kəşf edə, məlumatlara daha tez daxil ola və müxtəlif dillərdə insanlarla daha asan ünsiyyət qura biləcəklər. Bu inkişaf 2000-ci illərin əvvəllərində tədricən çökməyə başlayan dil maneələrinin süni intellekt modelləri ilə tamamilə aradan qaldırılacağı anlamına gəlir. Google-da proqram mühəndisi olaraq çalışan Isaac Caswell, mövzu ilə bağlı verdiyi açıqlamada şirkətin yanaşmasının hər bir dilin ən çox istifadə edilən növlərinə üstünlük vermək olduğunu ifadə edib. Caswell-ə görə, Google Translate geniş istifadə olunan ləhcə olan Southern Vlax Romani dilinə ən yaxın olan mətn hazırlamağı bacarır, lakin eyni zamanda Şimali Vlax və Balkan Romani kimi dillərdən elementləri də ehtiva edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Düşünüldüyündən daha tez: Google Pixel 9 smartfon seriyasının təqdimatı anons edilib
Düşünüldüyündən daha tez: Google Pixel 9 smartfon seriyasının təqdimatı anons edilib
Google bütün bu illər ərzində öz Pixel smartfon seriyasının hər yeni əsas modellərini payız fəslində təqdim edib.
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
Google, insanların nəinki sual verə biləcəyi, həm də birlikdə vaxt keçirə biləcəyi çatbotlar yaratmaq istəyir. Buna görə də Google, məşhurları süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır.
Google Pixel 9 smartfonu Geekbench testlərindən keçib
Google Pixel 9 smartfonu Geekbench testlərindən keçib
Google payız fəslində Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də adi Pixel 9 olacaq.
Google Lens funksiyası YouTube videoservisinə inteqrasiya edilib
Google Lens funksiyası YouTube videoservisinə inteqrasiya edilib
Google şirkəti YouTube videoservisinə Google Lens funksiyasını inteqrasiya edib. Bu funksiyanı əldə etmiş YouTube istifadəçiləri videoservisin axtarış bölməsinə daxil olduqları zaman səhifənin yuxarı sağ hissəsində Google Lens ikonunu görə bilərlər.
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Bazar dəyəri fəaliyyətdə olan hər hansısa şirkətin uğurunun qiymətləndirilməsi üçün istifadə edilən yeganə üsul deyil. Belə ki, dünyanın ən bahalı brendləri kimi reytinq mövcuddur.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!