Logo
    main-post-cover

    Google yeni Android smartfona keçidi sadələşdirəcək

    Proqram Təminatı
    22.11.2024
    Emil
         Google şirkəti Android cihazlar üçün nəzərdə tutulmuş Restore Credentials adlı yeni funksiyanı təqdim edib. Bu funksiya istifadəçi üçün yeni Android smartfona keçid prosesini sadələşdirir. Bundan sonra istifadəçi yeni smartfona keçid edən zaman hər bir tətbiqə fərdi şəkildə daxil olmağa ehtiyac duymayacaq. İstifadəçi tətbiqə daxil olan zaman onun smartfonu bərpa açarını yaddaşında saxlayır. İstifadəçinin kimliyi məhz bərpa açarı vasitəsilə təyin edilir.
         Bu bərpa açarı şifrələnərək lokal şəkildə smartfonda saxlanılır. Bulud ehtiyat kopyası imkanının aktiv olduğu halda bərpa açarı istifadəçinin Google hesabı ilə sinxronlaşdırılır. Beləliklə istifadəçi yeni smartfona keçid edən zaman onun məlumatları və bərpa açarı avtomatik şəkildə bulud yaddaşdan yeni smartfona yüklənir. Nəticədə yeni smartfonda istifadəçi tətbiqə daxil olan zaman tətbiq öz bərpa açarını əldə edir və avtomatik şəkildə istifadəçinin tətbiqdəki hesabına daxil olur. Lakin bu imkandan faydalanmaq üçün ilk növbədə tərtibatçılar bərpa açarı dəstəyini öz tətbiqlərinə əlavə etməlidirlər. 
    Paylaş