
HarmonyOS Çində iOS-i geridə qoyub
Proqram Təminatı
14.03.2025
Emil
2019-cu ildən ABŞ sanksiyaları altında olan Çin texnologiya nəhəngi Huawei Technologies öz əməliyyat sistemi olan HarmonyOS-i inkişaf etdirmək məcburiyyətində qalıb. Lakin bu sistem Çin xaricində məhdud məşhurluq qazanıb. Buna baxmayaraq, keçən rübdə HarmonyOS Çində iOS-i məşhurluq baxımından geridə qoymağı bacarıb. Bununla belə o hələ də Android-dən geri qalır. South China Morning Post qəzetində Counterpoint Research şirkətinin statistikasına əsaslanan məlumatlara görə 1 il əvvəl HarmonyOS-in Çin bazarındakı payı 16%-dən çox deyildi. 2023-cü ilin dördüncü rübündə isə bu göstərici 19%-ə yüksəlib.

Eyni dövrdə Apple iOS-in bazar payı 20%-dən 17%-ə düşüb. Bu azalma HarmonyOS-in Çində bazar liderliyinə yüksəlməsinə səbəb olub. Bununla yanaşı, Google Android-in mövqeyi ötən il ərzində dəyişməz qalıb və təxminən 64%-lik bazar payını qoruyub. Qlobal bazarda Google Android ötən rübü 74% bazar payı ilə başa vurub, Apple iOS isə 22%-lə ikinci yerdə qərarlaşıb. Çin istehsalı olan HarmonyOS isə 2023-cü il ərzində dünya bazarında cəmi 4%-lik paya malik olub. Keçən il bu əməliyyat sisteminin bazar payı 2%-dən 3%-ə yüksəlib. HarmonyOS-in daha geniş yayılmasını təmin edəcək əsas amillər:
- Huawei-nin yeni buraxılacaq bütün smartfon və planşetlərini HarmonyOS Next ilə təchiz etmək qərarı
- Çində yerli markalara aid mobil cihazların alınmasını stimullaşdırmaq üçün dövlət subsidiyalarının tətbiqi
- Müəyyən qiymət kateqoriyasında alıcılar hökumətdən 69$ qədər kompensasiya ala bilərlər.
Mənbə: South China Morning Post
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Apple bu il öz əməliyyat sistemlərində irimiqyaslı dizayn dəyişikliyini reallaşdıracaq
Apple tarixində ən böyük proqram təminatı yeniləmələrindən birini hazırlayır. Bu addım iPhone, iPad və Mac interfeysini yeni nəsil istifadəçilər üçün dəyişdirməyə yönəlib. Bloomberg-in etibarlı mənbələrinə istinadən verdiyi məlumata görə, Apple ilin sonunda böyük bir yeniləmə təqdim edəcək.

Cihazlar+
Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
Canalys analitik şirkəti 2024-cü il üzrə taxıla bilən ağıllı cihazların tədarükü ilə bağlı hesabatını yayımlayıb. 2023-cü illə müqayisədə bu bazar 4.1% böyüyərək 193 milyon qurğuya çatıb.

Cihazlar+
Qlobal bazarda Huawei Band 10 smart qolbağı təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti qlobal bazarda yeni smart qolbağını təqdim edib. Söhbət, Huawei Band 10-dan gedir. Bu, keçən ilki Huawei Band 9-un davamçısıdır.

Cihazlar+
Qlobal bazarda Huawei MatePad Pro 13.2 2025 planşeti təqdim edilib - QİYMƏTİ
HUAWEI şirkəti qlobal bazarda MatePad Pro 13.2 2025 adlı yeni planşetini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən bu planşet şirkətin ən güclü planşeti olub.

Cihazlar+
3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti öz ilk 3 qat qatlana bilən smartfonu olan Mate XT ULTIMATE DESIGN-ı keçən ilin sentyabr ayında Çində təqdim etmişdi. İndi isə sözügedən smartfonun qlobal versiyası təqdim edilib.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
