Logo
    main-post-cover

    Keçən ilki iOS 17 və iPadOS 17-nin istifadəçilər arasında nə dərəcədə məşhur olduqları sərgilənib

    Proqram Təminatı
    13.06.2024
    Emil
        Apple şirkəti bir neçə gün bundan öncə iOS 18iPadOS 18 əməliyyat sistemlərini təqdim etdi. Bu yeni əməliyyat sistemlərinin stabil versiyaları ilin sonuna kimi istifadəyə verilməlidir. Bununla yanaşı Apple şirkəti həmçinin keçən ilki iOS 17 ilə iPadOS 17-nin istifadəçilər arasında nə dərəcədə geniş yayıldıqlarını əks etdirən statistikanı da təqdim edib. Statistikadan məlum olub ki, iOS 16 iPadOS 16-dan fərqli olaraq keçən ilki əməliyyat sistemləri istifadəçilər arasında o qədər də sürətlə yayılmayıblar. 
    - Bütün iPhone-ların 77%-i iOS 17-ə kimi yenilənib
    - Bütün iPad-lərin 68%-i iPadOS 17-ə kimi yenilənib
    - Son 4 il ərzində satışa çıxmış iPhone-ların 86%-i iOS 17-ə kimi yenilənib
    - Son 4 il ərzində satışa çıxmış iPad-lərin 77%-i iPadOS 17-ə kimi yenilənib.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin may ayına olan statistikaya əsasən iOS 16-ya kimi bütün iPhone-ların artıq 81%-i yenilənmişdi.
     
    Paylaş