iOS 18 ilə Safari-ə gələcək süni intellekt xüsusiyyətləri bəlli olub!
Proqram Təminatı
01.05.2024
Aslan
Apple, həmçinin iOS 18 ilə iPhone brauzerini də yeniləməyi planlaşdırır. Safari, iOS 18 və macOS 15 yeniləmələri ilə bir sıra süni intellekt tərəfindən dəstəklənən xüsusiyyətlər əldə edəcək və istifadəçi interfeysində də bəzi dəyişikliklərə sahib olacaq.
Safari bir sıra vizual dəyişikliklərlə yanaşı, internetə baxış təcrübəsini təkmilləşdirəcək müxtəlif yeni alətlər təqdim edəcək. "Intelligent Search" adlanan yeni brauzer köməkçi aləti veb səhifələrdə vacib yerləri və ifadələri müəyyən etmək üçün Apple-ın cihazda olan süni intellekt texnologiyasından istifadə edəcək.
"Web Eraser" aləti istifadəçilərə veb səhifənin arzuolunmaz hissələrini asanlıqla silməyə imkan verəcək və silinmə prosesi daimi olacaq. Yeniləmə həmçinin ünvan çubuğuna yeni sürətli giriş menyusu gətirəcək.
Safari-nin yeni versiyaları Mac və iPhone-da istifadəçilərə fərdiləşdirilmiş veb tövsiyələr təklif edir və "iCloud Private Relay" kimi funksiyalarla daha çox məxfilik qorunmasını təmin edir. Bu son təkmilləşdirmələr, artan üçüncü tərəf reklam blokerləri və generativ AI alətləri dövründə Safari-ni rəqabətə qarşı daha yaxşı mövqeləndirəcək.
Paylaş
apple ios 18
safari
artificial intelligence
Intelligent Search
Web Eraser
ios 18 features
ai
suni intellekt
Bənzər xəbərlər
Proqram Təminatı
Apple, iOS 18 ilə tətbiqləri yeniləyir!
iOS 18-in iPhone-lar üçün ən böyük yeniləmə olacağı iddiası bir yana, iOS-un ən son versiyası haqqında yeni məlumatlar gəlməyə davam edir. Bildirilir ki, Apple, iOS 18 ilə daxili proqramları yeniləyəcək.
Süni İntellekt
Süni zəka növbəti 1 ildə çağrı mərkəzi işçilərini əvəz edə bilər
Süni zəka texnologiyalarının geniş miqyasda inteqrasiyası çoxlu sayda peşəni yox olma təhlükəsi altında qoyub. Bu cür təhlükə altına düşənlərdən biri də çağrı mərkəzi (call-center) işçiləridir.
Süni İntellekt
Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
Meta şirkəti süni zəkaya və onunla bağlı infrastruktura investisiyaları genişləndirməyi planlaşdırır.
Təhlükəsizlik
Huawei Pura 70 seriyası ilə təqdim edilən AI redaktə aləti şəkildəki insanların paltarını çıxara bildiyi üçün müzakirələrə səbəb olub! (VİDEO)
Huawei-nin ən son Pura 70 seriyası süni intellekt tərəfindən dəstəklənən obyekt silmə xüsusiyyətinə malikdir. Lakin bu xüsusiyyət insanların geyimlərinin hissələrini təsadüfən silə bildiyi üçün tənqid atəşinə tutulub.
Elm & Texnologiya
2027-ci ildə yeni nəsil smartfonlar olacaq!
Generativ süni intellektin 2027-ci ilə qədər smartfon bazarının təxminən yarısını tutacağı gözlənilir. Bu, texnologiya dünyasında mühüm dönüş nöqtəsinə işarədir. Süni intellektə malik smartfonlar yavaş-yavaş həyatımıza daxil olmağa başlayır.
Ən çox oxunanlar