main-post-cover

    Meta şirkəti mətn formatında təsvirlər əsasında fotolar tərtib edən servisi təqdim edib

    Proqram Təminatı
    08.12.2023
    Farid Pardashunas
         Meta şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran süni zəka servisini təqdim edib. Təqdim edilmiş bu servis Imagine with Meta adını əldə edib. Servis tamamilə pulsuzdur və o, fotoların tərtibatı üçün nəzərdə tutulmuş Emu adlı süni zəka modeli əsasında çalışır. İstifadəçilər Imagine with Meta-dan istifadə edərək yüksək keyfiyyətli fotoları yarada bilərlər. Yaxın zamanda isə sözügedən servis tərtib edilən fotolara xüsusi şəffaf işarə əlavə etməyə başlayacaq. Həmin şəffaf işarə bu və ya digər fotonun məhz süni zəka tərəfindən tərtib edildiyini əks etdirəcək. Imagine with Meta servisi ilə bu linkdən tanış olmaq olar. Servis hələ ki, ABŞ-da çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Facebook Messenger üçün yeni faydalı funksiyalar istifadəyə verilib
    facebook-messenger-ucun-yeni-faydali-funksiyalar-istifadeye-verilib
    Instagram, Facebook və Messenger arasında mesajların mübadiləsi imkanı aradan qaldırılacaq
    instagram-facebook-ve-messenger-arasinda-mesajlarin-mubadilesi-imkani-aradan-qaldirilacaq
    Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
    kecmis-apple-iscilerinin-daha-cox-hansi-sirketlere-muraciet-etdikleri-melum-olub
    Facebook ilə Instagram üçün foto və videoların süni zəka vasitəsilə redaktə funksiyaları təqdim edilib
    facebook-ve
    Threads hesabının silinməsi ilə bağlı vacib funksiya istifadəyə verilib
    threads-hesabinin-silinmesi-ile-bagli-vacib-funsiya-istifadeye-verilib