Microsoft Copilot kompüter üzərindən smartfonun idarəsi imkanını əldə edib
Proqram Təminatı
04.07.2024
Emil Nəcəfov
Microsoft şirkəti özünün Copilot adlı süni zəka köməkçisinin yeni funksiyasını təqdim edib. İstifadəçilər təqdim edilmiş yeni funksiya sayəsində Windows 11 əməliyyat sistemli kompüter üzərindən Android 14 dəstəkli smartfonlarını idarə edə biləcəklər. Yəni faktiki olaraq yeni funksiya Copilot köməkçisinə smartfonun idarəsi imkanını verir. Əgər istifadəçinin Android smartfonu Phone Link tətbiqi vasitəsilə kompüterə və ya noutbuka qoşuludursa, Copilot smartfondakı kontaktlara keçid imkanını əldə edə, telefon nömrələri üzrə axtarış keçirə, mətn formatında mesajları qəbul edə və göndərə, o cümlədən istifadəçinin smartfonunda zəngli saatı qura biləcək.
Funksiyanı aktivləşdirmək üçün ilk növbədə copilot.microsoft.com saytına daxil olmaq və ya Edge brauzerindən istifadə edildiyi halda brauzer daxilində Copilot-a sahib yan paneli aktivləşdirmək lazımdır. Daha sonra menyuda telefon plugini aktiləşdirilməlidir. Bu plugin aktivləşdiriləndən sonra istifadəçi Copilot-a smartfonla bağlı sorğuları göndərə biləcək. Qeyd etmək lazımdır ki, bütün bu proses ərzində smartfonun özü Phone Link tətbiqi vasitəsilə kompüterə qoşulu olmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft, Çin bazarındakı mağazalarının qapılarını bağlayır!
Microsoft, Çin bazarındakı mağazalarının qapılarını bağlayır!
Texnologiya nəhəngi Microsoft, Çin bazarındakı bütün fiziki mağazalarını rəsmən bağlayıb. Məşhur şirkət, Çindəki bütün satışları bölgədəki satış tərəfdaşlarına və onlayn mağazalara buraxıb.
Windows 11-in iş masasını smartfon ekranında işə salmaq mümkün olacaq
Windows 11-in iş masasını smartfon ekranında işə salmaq mümkün olacaq
Windows 11-in test versiyasında bu əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni funksiya aşkar edilib.
Microsoft: İnternetdə paylaşılan məlumatlar sərbəstdir və biz də ondan istifadə edirik!
Microsoft: İnternetdə paylaşılan məlumatlar sərbəstdir və biz də ondan istifadə edirik!
Kütləvi məhsuldar süni intellekt platformaları işlədən şirkətlər, təlim məlumatları üçün internetdə sərbəst paylaşılan məzmunlardan istifadə edirlər. Onları qorumaq üçün isə heç bir mexanizm yoxdur.
Microsoft şirkəti, 6 milyard dollar dəyərində cərimə oluna bilər!
Microsoft şirkəti, 6 milyard dollar dəyərində cərimə oluna bilər!
Məşhur texnologiya nəhəngi Microsoft, Avropa Komissiyasının böyük ittihamı ilə üzləşib. Şirkət 6 milyard dollar dəyərində cərimə ödəyə bilər.
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Bazar dəyəri fəaliyyətdə olan hər hansısa şirkətin uğurunun qiymətləndirilməsi üçün istifadə edilən yeganə üsul deyil. Belə ki, dünyanın ən bahalı brendləri kimi reytinq mövcuddur.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!