main-post-cover

    Microsoft süni zəka əsaslı Copilot köməkçisini Windows 10-da istifadəyə verə bilər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    13.11.2023
    Farid Pardashunas
         Hələ bir neçə müddət bundan öncə Microsoft şirkəti süni zəka əsaslı Copilot köməkçisini Windows 11-də istifadəyə verdi. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət Copilot-u həmçinin Windows 10-da istifadəyə verməyi nəzərdən keçirir. Məlumatda qeyd edilib ki, Copilot-un Windows 10 üçün nəzərdə tutulmuş versiyası Windows 11-dəki pluginlər üzərindən çalışacaq. Bunun sayəsində süni zəka əsaslı köməkçidən istifadə təcrübəsi əməliyyat sisteminin versiyasından asılı olmayacaq.
         Bu vasitə ilə şirkət həmçinin Copilot-un istifadəçi kütləsini də genişləndirə biləcək. Belə ki, 1 milyarda yaxın cihaz hələ də Windows 10 vasitəsilə çalışır. Müqayisə üçün qeyd etmək lazımdır ki, son statistikaya əsasən Windows 11 vasitəsilə təqribi olaraq 400 milyon aktiv cihaz çalışır. Məlumata əsasən şirkət həmçinin istifadəçilərin tez zamanda Windows 11-ə keçid etmələri strategiyasını yenidən nəzərdən keçirir və Windows 10-a Windows 11-in bəzi funksiyalarını əlavə etməyi planlaşdırır. Windows 10-un dəstəyi 2025-ci ildə yekunlaşmalıdır. Lakin şirkət dəstək müddətini uzada bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-in bazardakı payı artmaqda davam edir
    windows-11-in-bazardaki-payi-artmaqda-davam-edir
    Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı
    microsoft-windows-ce-emeliyyat-sisteminin-desteyini-dayandirdi
    Windows Phone-nun uğursuzluğunun əsas səbəbi açıqlanıb
    windows-phone-nun-ugursuzlugunun-esas-sebebi-aciqlanib
    Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər
    windows-12-enenevi-start-duymesinden-mehrum-ola-biler
    Microsoft məlumatları minilliklər ərzində saxlaya biləcək yeni yaddaş texnologiyasını hazırlayır (VİDEO)
    microsoft-melumatlari-minillikler-erzinde-saxlaya-bilecek-yeni-yaddas-texnologiyasini-hazirlayir-video