main-post-cover

    Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq

    Servislər
    27.11.2023
    Emil Nəcəfov
         Google şirkəti milyonlarla Android smartfonda Google Calendar tətbiqinin dəstəyini dayandırmaq niyyətindədir. Söhbət, olduqca köhnə Android versiyalar vasitəsilə çalışan smartfonlardan gedir. İnsayderlər aşkar ediblər ki, yaxın zamanda Android 7.0 Nougat və ondan daha əvvəlki Android versiyalarına sahib smartfonların istifadəçiləri Google Calendar tətbiqindən daha istifadə edə bilməyəcəklər. Tətbiq daxilinə artıq UnsupportedOperatingSystem__enabled adlı bənd əlavə edilib.
         Həmin bəndə klikləyən zaman isə istifadəçiyə Android 8.0 Oreo-ya və ya ondan sonra istifadəyə verilmiş digər Android versiyalardan birinə keçid etmək məsləhəti təqdim edilir. Şirkətin bu addımı böyük ehtimal təhlükəsizlik ilə bağlıdır. Belə ki, köhnə Android versiyaları kiberhücumlara və məlumat sızıntılarına daha həssasdırlar. Google öz növbəsində Calendar tətbiqinin köhnə Android versiyalarında dəstəyinin nə zaman dayandırılacağı barəsində hələ rəsmi bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
    kecmis-apple-iscilerinin-daha-cox-hansi-sirketlere-muraciet-etdikleri-melum-olub
    Google Bard çat-botu Youtube videolarını analiz etməyi öyrənib
    google-bard-cat-botu-youtube-videolarini-analiz-etmeyi-oyrenib
    Reklam bloklayıcılı brauzerlərdə Youtube videoları daha ləng işə düşürlər
    reklam-bloklayicili-brauzerlerde-youtube-videolari-daha-leng-ise-dusurler
    Google Photos-da yeni süni zəka funksiyaları istifadəyə verilib
    google-photos-da-yeni-suni-zeka-funksiyalari-istifadeye-verilib
    Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
    hava-seraitini-10-gun-onceden-deqiq-proqnozlasdiran-suni-zeka-sistemi-hazirlanib