
Google Photos-da yeni süni zəka funksiyaları istifadəyə verilib
Servislər
17.11.2023
Emil Noisy
Google Photos servisində süni zəka əsaslı yeni funksiyalar istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiyalar servis daxilində fotoların daha yaxşı təşkilini və kateqoriyalara ayrılmasını təmin edəcək. Funksiyalardan biri Photo Stacks adını əldə edib. Sözügedən funksiya oxşar fotoları bir yığına birləşdirir və onların arasında ən yaxşısını seçməyə imkan verir.

Bu öz növbəsində fotolara baxma prosesini sadələşdirəcək, dublikatları və oxşar kadrları ümumi fotolarda aradan qaldıracaq. Digər bir funksiya isə süni zəka vasitəsilə screenshot, sənəd və digər faydalı fotoları təyin edə bilir. Onları ayrıca albomlara yerləşdirmək və xatırlatmanı təyin etmək olacaq. Məsələn istifadəçi hansısa tədbirə QR kodlu biletin skan xatırlatmasını təyin edə bilər. Sözügedən funksiyalar artıq tədricən istifadəyə verilir və onlar Google Photos-un həm Android həm də iOS versiyasında aktiv olacaqlar.

Linki kopyala
Həftənin xəbərləri

