
Mobil Google Chrome kənar tətbiqlərin brauzer tarixçələrini izləyə biləcək
Proqram Təminatı
07.08.2024
Emil
Google şirkəti Chrome brauzerinin mobil versiyası üçün yeni maraqlı funksiya hazırlayıb. Hazırlanmış yeni funksiya sayəsində mobil Chrome təkcə öz brauzer tarixçəsini deyil, həmçinin kənar tətbiqlərin brauzer tarixçələrini də əks etdirə biləcək. Bunun sayəsində istifadəçi hər hansısa sayta Chrome üzərindən və ya Google News kimi kənar tətbiqin brauzerindən daxil olduğunu öyrənə biləcək. Beləliklə istifadəçi Chrome brauzerinin tarixçəsində bu və ya digər sayt linkinin hardan ortaya çıxdığını təyin edə biləcək. Bu funksiyanın yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
