
OneUI 6.1 istifadəçi interfeysinə Samsung Find tətbiqi əlavə edilib
Proqram Təminatı
19.01.2024
Emil
Məlumdur ki, 31 yanvar tarixində satışa çıxacaq Galaxy S24 smartfonları OneUI 6.1 interfeysli Android vasitəsilə çalışacaqlar. Məhz OneUI 6.1 sayəsində smartfonlar Galaxy AI funksiyalarını əldə edəcəklər. İndi isə məlum olub ki, Samsung OneUI 6.1 istifadəçi interfeysinə Galaxy AI funksiyaları ilə yanaşı daha bir yenilik əlavə edib. Söhbət, Samsung Find adlı tətbiqdən gedir. O, SmartThings tətbiqindəki SmartThings Find funksiyasını əvəz edəcək.

Adından da bəlli olduğu kimi Samsung Find tətbiqi vasitəsilə istifadəçilər öz smartfonlarını və digər cihazlarını izləyə biləcəklər. Bunun sayəsində onlar itmiş cihazlarını tapa biləcəklər. Bununla yanaşı tətbiqdə ailə üzvlərinin cihazlarının izlənməsi funksiyası da reallaşdırılıb. Samsung Find tətbiqi ilk növbədə Galaxy S24 smartfonlarında aktiv olacaq. Digəır Galaxy smartfonlarının istifadəçiləri isə OneUI 6.1-i əldə edəndən sonra tətbiqi Galaxy Store-dan yükləyə biləcəklər.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
