
OneUI yenilənməsini sonuncu dəfə əldə edəcək Galaxy smartfonlarının siyahısı ortaya çıxıb
Proqram Təminatı
31.07.2024
Emil
Samsung şirkətinin yaxın zamanda Android 15 əsaslı OneUI 7.0 istifadəçi interfeysinin beta versiyasını istifadəyə verəcəyi gözlənilir. Onun stabil versiyası isə bu ilin sonuna kimi istifadəyə verilməlidir. Samsung-un öz cihazlarının sistemlərini yeniləmə siyasətindən belə qənaətə gəlmək olar ki, çoxlu sayda Galaxy smartfonu üçün OneUI 7.0 sonuncu sistem yenilənməsi olacaq. Məlumata əsasən OneUI 7.0 istifadəçi interfeysini son yenilənmə kimi əldə edəcək Galaxy smartfonlarının siyahısı aşağıdakı kimidir.
- Galaxy S21, S21+, S21 Ultra
- Galaxy Note 20, Note 20 Ultra
- Galaxy S20, S20+, S20 Ultra, S20 FE
- Galaxy Z Fold 2
- Galaxy Z Flip
- Galaxy A72.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
