
OpenAI Google Search-ün analoqu üzərində çalışır
Proqram Təminatı
15.02.2024
Emil
Çoxlu sayda rəqib şirkətin olmasına baxmayaraq Google dünyanın ən məşhur axtarış sistemi olaraq qalır. Lakin ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti bu mövzuda Google ilə rəqabət aparmağa hazır olan şirkətlər siyahısına daxil olmaq niyyətindədir. Təbii ki, bu işdə digər texnologiya nəhənginin iştirakı da olacaq. The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti hal-hazırda veb axtarış məhsulu üzərində çalışır. OpenAI şirkətinin bu yeni layihəsi barəsində o qədər çox məlumat olmasa da qeyd edilib ki, yeni axtarış servisi qismən Microsoft-un Bing adlı axtarış sistemi əsasında çalışacaq. OpenAI ilə Microsoft arasındakı sıx əməkdaşlığı nəzərə alsaq, bu heç də təəccüblü deyil. OpenAI şirkətinin axtarış servisinin süni zəka əsasında çalışıb-çalışmayacağı bilinmir. Çalışacağı halda isə onun ChatGPT-dən nə ilə fərqlənəcəyi aydın deyil.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
