
Samsug Galaxy S21 və S22 smartfonlarında OneUI 6.1 nə zaman istifadəyə veriləcək?
Proqram Təminatı
23.01.2024
Emil
Samsung şirkəti Galaxy S24 smartfon seriyasını təqdim edəndən sonra yeni smartfonların tərkiblərində olacaq OneUI 6.1 istifadəçi interfeysini digər Samsung smartfonlarının nə zaman əldə edəcəklərini də açıqlamışdı. Lakin şirkətin təqdim etmiş olduğu məlumatda Galaxy S21 və Galaxy S22 smartfon seriyaları yox idi. İndi isə OneUI 6.1 istifadəçi interfeysinin bu smartfon seriyaları üçün nə zaman istifadəyə veriləcəyi məlum olub. Samsung forumunda OneUI 6.1 yenilənməsi üzrə moderatorun sözlərinə əsasən Galaxy S21, S21+, S21 Ultra, S22, S22+ və S22 Ultra smartfonları üçün yeni istifadəçi interfeysi bu ilin ikinci rübündə istifadəyə veriləcək. Yəni bu, ya mart ayında ya da mart ayından sonra baş verəcək. Galaxy S23 smartfonlarına gəldikdə isə onlar üçün OneUI 6.1-in gələn ay istifadəyə veriləcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
