main-post-cover

    Samsung Galaxy A33 və A73 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar

    Proqram Təminatı
    17.05.2024
    Emil Nəcəfov
         Samsung öz smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Şirkət bir neçə müddət bundan öncə bu istifadəçi interfeysinin öz flaqman cihazlarında istifadəyə verilməsinə köklənmişdi. İndi isə Samsung OneUI 6.1-in büdcəli və orta büdcəli smartfonlarında istifadəyə verməyə başlayıb. Məlum olub ki, bu istifadəçi interfeysi Galaxy A33 A73 smartfonlarında istifadəyə verilib. Galaxy A33 üçün sistem yenilənməsi A336EDXU8EXDD nömrəsi altında təqdim edilib və o hələ ki, bəzi regionlarda bəzi istifadəçilər üçün aktivləşdirilib.
         Lakin yaxın zamanda OneUI 6.1 istifadəçi interfeysi Galaxy A33-ün bütün istifadəçiləri üçün təqdim ediləcək. Onu da qeyd etmək lazımdır ki, Galaxy A33 üçün OneUI 6.1-in həcmi 2 GB təşkil edir. Galaxy A73 smartfonuna gəldikdə isə onun üçün sistem yenilənməsi A736BXXU7EXDC nömrəsi altında təqdim edilib və onun həcmi 2.6 GB təşkil edir. Galaxy A73 üçün nəzərdə tutulmuş OneUI 6.1 özündə həmçinin aprel ayı üzrə təhlükəsizlik yenilənməsinə də birləşdirir. Yaxın həftələrdə OneUI 6.1 istifadəçi interfeysi Galaxy A73-ün bütün istifadəçiləri üçün aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Watch FE smart saatı barəsində yeni təfərrüatlar verilib
    samsung-galaxy-watch-fe-smart-saati-baresinde-yeni-teferruatlar-verilib
    Samsung Galaxy S24 FE-nin hazırlandığına dair daha bir sübut əldə edilib
    samsung-galaxy-s24-fe-nin-hazirlandigina-dair-daha-bir-subut-elde-edilib
    Samsung şirkəti, Apple-ın iPad reklamını ələ salıb! (VİDEO)
    samsung-sirketi-apple-in-ipad-reklamini-ele-salib-video
    Hələ təqdim olunmamış Samsung Galaxy M35-in xarici görünüşü və bəzi texniki göstəriciləri ortaya çıxıblar
    hele-teqdim-olunmamis-samsung-galaxy-m35-in-xarici-gorunusu-ve-bezi-texniki-gostericileri-ortaya-cixiblar
    Samsung Galaxy Watch 7 smart saatları tamamilə yeni prosessor vasitəsilə çalışacaqlar
    samsung-galaxy-watch-7-smart-saatlari-tamamile-yeni-prosessor-vasitesile-calisacaqlar