Logo
    main-post-cover

    Samsung Galaxy A52 5G artıq hər ay təhlükəsizlik yenilənməsini əldə etməyəcək

    Proqram Təminatı
    05.04.2024
    Farid
         Bir neçə müddət bundan öncə məlum oldu ki, Samsung şirkəti 2020-ci il buraxılışı olan flaqman smartfonları üçün artıq hər ay təhlükəsizlik yenilənməsini təqdim etməyəcək. Həmin smartfonlar təhlükəsizlik yenilənməsini hər 3 aydan bir əldə edəcəklər. Söhbət, Galaxy S20, GalaxyS20+, Galaxy S20 Ultra, Galaxy S20 FE, Galaxy Note 20Galaxy Note 20 Ultra smartfonlarından gedir. Adları sadalanmış bu smartfonlar aylıq təhlükəsizlik yenilənməsi qrafikindən rüblük təhlükəsizlik yenilənməsi qrafikinə keçid etdilər. İndi isə məlum olub ki, rüblük təhlükəsizlik yenilənməsi qrafikinə Samsung-un daha bir smartfonu keçid edib. Söhbət, Galaxy A52 5G-dən gedir. Beləliklə bu smartfon da təhlükəsizlik yenilənməsini hər ay yerinə hər rüb əldə edəcək. Yəni 3 aydan bir. Bununla belə Galaxy A52 4G və A52s smartfonları təhlükəsizlik yenilənməsini hər ay əldə etməyə davam edəcəklər.
    Paylaş