
Samsung Galaxy F54 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
Proqram Təminatı
21.05.2024
Emil
Samsung şirkəti öz cihazlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy F seriyasının smartfonuna çatıb. Söhbət, Galaxy F54-dən gedir. Qeyd etmək lazımdır ki, Galaxy F54 smartfonu Galaxy F seriyasının ilk modelidir ki, OneUI 6.1-i əldə edib. OneUI 6.1 istifadəçi interfeysi sözügedən smartfon üçün E546BXXU4CXDC nömrəsi altında təqdim edilib və onun həcmi 2 GB təşkil edir. Sistem yenilənməsi bu smartfonun ilk növbədə Hindistandakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy F54-ün bütün istifadəçiləri üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, OneUI 6.1 sayəsində Galaxy F54 smartfonu Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyib.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
