main-post-cover

    Samsung One UI 7-nin ilkin görüntüləri ortaya çıxıb!

    Proqram Təminatı
    26.07.2024
    Farid Pardashunas

         Beta prosesinə olduqca qısa bir vaxt qalan Android 15 dəstəkli Samsung One UI 7 üçün ilk hərtərəfli məlumatlar ortaya çıxıb. One UI 6 və One UI 6.1-dən sonra böyük dəyişiklik ediləcəyi gözlənilən yeni nəsil əməliyyat sistemi, gözlənildiyi kimi yeni istifadəçi interfeysi dəyişikliklərilə gəlir.

        Samsung və digər Android cihazları üçün etibarlı sızıntıları ilə tanınan "chunvn8888" adlı istifadəçi, sosial media hesabında paylaşdığı yeni paylaşımlarla Samsung One UI 7-nin necə görünəcəyinə dair bir çox şəkilləri bölüşüb.
         Daha əvvəl sızdırıldığı kimi, diqqəti cəlb edən ilk şey Samsung tərəfindən daha da yuvarlaqlaşdırılan vizual elementlərdir. Bildirişlərdən tutmuş ikon elementlərinə qədər One UI 7-də görəcəyiniz demək olar ki, hər bir element daha hamar xətlərə sahib olacaq.
         Sızdırılan ekran görüntüləri, sürətli parametrlər bölməsinin və bildiriş panelinin ayrı panellər kimi tərtib edildiyini göstərir. Bu, Xiaomi MIUI/HyperOSApple iOS kimi fərqli təcrübə təklif edə bilər. Bu mənada istifadəçilərə köhnə bildiriş paneli ilə yeni interfeys arasında istəyə bağlı seçim təklif oluna bilər.
    View post on X
         Əlavə olaraq, hər 2 cihaza da Samsung hesabınızla daxil olsanız, Samsung, sizə cihazlar arasında video zənglər etməyə icazə verəcək kimi görünür. Bundan əlavə, yayımlanan videoda genişlənən bildiriş pəncərəsi göstərilir. Şəkillərdən də göründüyü kimi, bizi əvvəlki sızıntılarda göstərildiyindən daha əhatəli vizual dəyişiklik paketi gözləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 Ultra-nın batareya həcmində dəyişiklik olmayacaq
    samsung-galaxy-s25-ultra-nin-batareya-hecminde-deyisiklik-olmayacaq
    One UI 7, iPhone-nun kilid ekranı xüsusiyyətlərini, Samsung telefonlarına gətirir!
    one-ui-7-iphone-nun-kilid-ekrani-xususiyyetlerini-samsung-telefonlarina-getirir
    Samsung OneUI 7.0-da olacaq yenilənmiş Camera tətbiqinin interfeys fotoları təqdim edilib
    samsung-oneui-70-da-olacaq-yenilenmis-camera-tetbiqinin-interfeys-fotolari-teqdim-edilib
    Təqdimata hazırlaşan Samsung Galaxy M55s smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-samsung-galaxy-m55s-smartfonu-geekbench-testlerinden-kecib
    Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!
    yeni-samsung-telefonlari-defolt-olaraq-apk-qurasdirilmasini-bloklayir