
Samsung OneUI 7.0-da olacaq yenilənmiş Camera tətbiqinin interfeys fotoları təqdim edilib
Proqram Təminatı
24.07.2024
Emil
Samsung-un bu il ərzində istifadəyə verəcəyi OneUI 7.0 istifadəçi interfeysi barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər OneUI 7.0 çərçivəsində istifadəyə veriləcək yenilənmiş Camera tətbiqinin interfeys fotolarını təqdim ediblər. Fotolara əsasən yenilənmiş Camera tətbiqi minimalistik dizaynı əldə edəcək və bu cür dizayn bir əl ilə idarə mexanizminə istiqamətlənəcək.
Zoom və müxtəlif kamera rejimləri də daxil olmaqla sürətli idarəetmə elementləri tətbiq daxilində ekranın aşağı hissəsində əks olunacaqlar. Son məlumat sızıntılarına əsasən Samsung OneUI 7.0-da ciddi vizual dəyişiklikləri reallaşdıracaq. Əsas vizual dəyişikliklərdən biri tətbiq ikonlarının macOS və VisionOS-dəki kimi nazik 3D effektli yuvarlaq formada olacaqlarıdır. Bununla yanaşı Samsung OneUI 7.0-da bildirişlər panelini tamamilə dəyişməyi planlaşdırır.




Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
