main-post-cover

    Samsung OneUI 7.0 istifadəçi interfeysi ciddi vizual dəyişikliklərə məruz qalacaq

    Proqram Təminatı
    19.07.2024
    Emil Nəcəfov
         İnsayderlər Samsung-un OneUI 7.0 adlı yeni istifadəçi interfeysinin təfərrüatlarını bölüşüblər. Beləliklə verilmiş məlumata əsasən OneUI 7.0 nəzərə çarpacaq vizual dəyişikliklər əldə edəcək və bu mövzuda o, iOS 18 ilə HyperOS-dən ilhamlanıb. Məlumatda qeyd edilib ki, əsas vizual dəyişikliklərdən biri tətbiq ikonlarının macOS VisionOS-dəki kimi nazik 3D effektli yuvarlaq formada olacaqlarıdır. Bununla yanaşı istifadəçilər bloklanmış ekranda sürətli əməliyyatları ayarlaya biləcəklər.
        İnsayderlər qeyd ediblər ki, Samsung OneUI 7.0-da bildirişlər panelini tamamilə dəyişməyi planlaşdırır. Belə ki, yeni istifadəçi interfeysinin iOS 18 tərzində dizaynı əldə edəcəyi və iki hissəyə bölünəcəyi gözlənilir. Ekranın yuxarı sağ hissəsindən aşağı istiqamətə sürüşdürmə hərəkəti sürətli keçidlər bölməsini təqdim edəcək. Ekranın yuxarı sol hissəsindən aşağı istiqamətə sürüşdürmə hərəkəti isə bildirişlər bölməsini təqdim edəcək. Bundan əlavə olaraq OneUI 7.0 sadələşdirilmiş sistem menyusuna sahib yenilənmiş Camera tətbiqini və yenilənmiş Gallery tətbiqini əldə etməlidir. Samsung OneUI 7.0-ın payız fəslində təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bütün Samsung Galaxy Tab S10 planşetləri MediaTek prosessorunu əldə edəcəklər
    butun-samsung-galaxy-tab-s10-plansetleri-mediatek-prosessorunu-elde-edecekler
    Samsung, One UI 7 ilə peyk rabitəsi təklif edə bilər!
    samsung-one-ui-7-ile-peyk-rabitesi-teklif-ede-biler
    Samsung büdcəli Galaxy A21s smartfonunun dəstəyini dayandırıb
    samsung-budceli-galaxy-a21s-smartfonunun-desteyini-dayandirib
    OneUI 6.1.1-i əldə edəcək Samsung cihazlarının siyahısı ortaya çıxıb
    oneui-611-i-elde-edecek-samsung-cihazlarinin-siyahisi-ortaya-cixib
    Samsung Galaxy S25 Ultra-da olacaq dizayn dəyişiklikləri açıqlanıb
    samsung-galaxy-s25-ultra-da-olacaq-dizayn-deyisiklikleri-aciqlanib