
Samsung OneUI istifadəçi interfeysinə yeni süni zəka funksiyasını əlavə etməyi planlaşdırır
Proqram Təminatı
16.10.2024
Emil
Samsung OneUI istifadəçi interfeysinə yeni funksiyanı əlavə etməyi planlaşdırır. Planlaşdırılan yeni funksiya Galaxy cihazlarında parametrləri süni zəka vasitəsilə avtomatik ayarlamalıdır. Nəticədə süni zəka istifadəçiləri menyu üzərindən ayarları dəyişmək prosesindən azad edərək sistemdə müəyyən parametrləri özü ayarlaya bilıəcək. Bu funksiya ilk növbədə iki əsas bölməni əhatə edəcək. Klaviatura və kamera.
Süni zəka istifadəçinin sistemdən istifadə davranışlarını analiz edərək optimal ayarları təyin edəcək və beləliklə istifadəçi təcrübəsini yaxşılaşdıracaq. Samsung gələcəkdə adaptiv süni zəka imkanlarını digər funksiyalar və parametrlər üçün genişləndirəcək. Yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin aydındır ki, o, gələcək OneUI yenilənmələrindən birinin vacib hissəsinə çevriləcək. Əgər funksiya uğurlu olsa, bu, sistemdə ayarlar menyusuna ehtiyacın olmamasına gətirib çıxara bilər. Belə ki, süni zəka bütün lazımi konfiqurasiyaları avtomatik şəkildə idarə edə biləcək.
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
