
Samsung-un daha köhnə smartfonlarının OneUI 6.1-i nə zaman əldə edəcəkləri məlum olub
Proqram Təminatı
16.04.2024
Farid
Bir neçə müddət bundan öncə Samsung şirkəti daha əvvəlki smartfonları və planşetləri üçün OneUI 6.1 istifadəçi interfeysini anons etmişdi. Söhbət, Galaxy S22, S22+, S22 Ultra smartfonlarından, qatlana bilən Galaxy Z Fold 4 və Z Flip 4 smartfonlarından və o cümlədən Galaxy Tab S8, S8+, S8 Ultra planşetlərindən gedir. Lakin anons zamanı şirkət OneUI 6.1-in bu cihazlar üçün nə zaman istifadəyə veriləcəyini açıqlamamışdı. İndi isə Samsung rəsmi şəkildə elan edib ki, adları sadalanmış cihazlar OneUI 6.1 istifadəçi interfeysini may ayının əvvəlində əldə edəcəklər. Qeyd etmək lazımdır ki, OneUI 6.1 yenilənməsi sayəsində bu cihazlar Galaxy AI süni zəka funksiyalarını əldə edəcəklər.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
