
Smartfonun oğurlanmasına qarşı yeni təhlükəsizlik funksiyaları Android üçün istifadəyə verilir
Proqram Təminatı
07.10.2024
Emil
Google şirkəti may ayında Android üçün yeni təhlükəsizlik funksiyalarını anons etmişdi. Söhbət, Theft Detection Lock, Offline Device Lock və Remote Lock adlı funksiyalardan gedir. Məlum olub ki, smartfonun oğurlanmasına qarşı istiqamətlənmiş bu yeni funksiyalar Android-in stabil versiyalarında artıq tədricən istifadəyə verilir. Funksiyaları dəstəkləyən smartfonların sayı hələ ki, az olsa da, müəyyən müddətdən sonra onlar bütün Android istifadəçiləri üçün aktiv olacaqlar. Theft Detection Lock funksiyası fon rejimində çalışır və o, smartfonun şübhəli hərəkətlərini təyin edə bilir.
Məsələn əgər oğru sizin smartfonunuzu götürüb qaçmağa başlasa, Theft Detection Lock adlı funksiya bunu təyin edəcək və smartfon bloklanacaq. Beləliklə sizin məlumatlarınız oğrunun əlinə keçməyəcək. Offline Device Lock funksiyası smartfonun internet bağlantısının kəsildiyi halda ekranının bloklanmasını reallaşdırır. Qeyd etmək lazımdır ki, smartfon oğrularının çox zaman atdıqları ilk addım məhz oğurladıqları smartfonlarının şəbəkə imkanlarını deaktiv etməkdir. Remote Lock funksiyasına gəldikdə isə onun vasitəsilə istifadəçi distant şəkildə öz smartfonunu bloklaya biləcək. Bunun üçün sadəcə olaraq telefon nömrəsini bilmək kifayət edəcək. Söhbət, smartfonun standart bloklanması imkanından gedir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
