main-post-cover

    WhatsApp, uzun illərdir eyni olan söhbət qabarcıqlarının rəngini dəyişməyə imkan verəcək!

    Proqram Təminatı
    15.05.2024
    Aslan Aslanov

         “WhatsApp” çatlarda mesajlarınızı ehtiva edən və indiyə qədər yaşıl rəngdə olan söhbət qabarcıqlarının rəngini dəyişməyə icazə verməyə hazırlaşır.

         Məlum olduğu kimi, “WhatsApp”dan mesaj göndərdiyiniz zaman mətnlər söhbət qabarcıqlarının daxilində göndərilir. İndiyə qədər bu qabarcıqların rəngini praktiki olaraq dəyişmək mümkün deyildi. İşıqlı və ya qaranlıq rejimin olub-olmamasından asılı olaraq bu qabarcıqların rəngi hər zaman açıq yaşıl və ya tünd yaşıl kimi rənglərdə olurdu. Ancaq bu gün yayımlanan xüsusiyyət, söhbət qabarcıqlarının rənglərinin gələcəkdə dəyişdirilə biləcəyini ortaya qoyur. Yəni istifadəçilər onlara təklif olunan müəyyən rəng seçimləri arasında qabarcığın rəngini dəyişə biləcəklər.
        Əslində, bu xüsusiyyət bir neçə ay əvvəl ortaya çıxan yeniliyin bir hissəsidir. Yanvar ayında keçirilən sınaqlarda şirkətin tətbiqin əsas rəngini dəyişə biləcəyini görmüşdük. Həmin xüsusiyyətdə 5 fərqli rəng təklif olunurdu: yaşıl, bənövşəyi, ağ, mavi və çəhrayı. Buna görə də, söhbət qabarcıqları üçün də eyni rənglərin təklif ediləcəyini təxmin edə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp-da video göndərmək xətası ortaya çıxıb!
    whatsapp-da-video-gondermek-xetasi-ortaya-cixib
    WhatsApp-ın iOS versiyasında biometrik üsul ilə giriş funksiyası istifadəyə verilib
    whatsapp-in-ios-versiyasinda-biometrik-usul-ile-giris-funksiyasi-istifadeye-verilib
    WhatsApp yeni zəng funksiyasını əldə edəcək
    whatsapp-yeni-zeng-funksiyasini-elde-edecek
    WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
    whatsapp-da-airdrop-analoqu-istifadeye-verilecek
    WhatsApp-ın statuslar bölməsinə iki yeni funksiya əlavə olunacaq
    whatsapp-in-statuslar-bolmesine-iki-yeni-funksiya-elave-olunacaq