
Yaxın zamanda Google Assistant-ın 17 funksiyası deaktiv ediləcək
Proqram Təminatı
12.01.2024
Emil
Google şirkəti öz texniki dəstək xidmətinin saytında elan edib ki, o, yaxın zamanda Google Assistant səsli köməkçisinin 17 funksiyasını deaktiv edəcək. Deaktiv edilməsi planlaşdırılan 17 funksiyanın hər hansısa birindən istifadə etmək istəyən zaman istifadəçi istifadəsi nəzərdə tutulmuş funskiyanın yaxın zamanda deaktiv ediləcəyi bildirişini əldə edəcək. Şirkət təmsilçilərinin sözlərinə əsasən bu qərarın əsas səbəbi ondadır ki, Google şirkəti səsli köməkçinin Android istifadəçiləri tərəfindən ən çox sevilən funksiyalarına diqqət ayırmaq istəyir.
Başqa sözlə desək, şirkət Google Assistant-ın demək olar istifadə edilməyən funksiyalarını deaktiv etməyə hazırlaşır. Beləliklə 26 yanvar tarixindən başlayaraq Google Assistant vasitəsilə Google Play Book-dakı kitabların oxunması idarəsini reallaşdırmaq, elektron məktublar göndərmək, audio və video mesajlar göndərmək, Calendar tətbiqində mövcud tədbirləri dəyişmək, marşrutları yoxlamaq, pul köçürmələrini reallaşdırmaq, müxtəlif biletləri bron etmək, sosial şəbəkələrdə postlar paylaşmaq, smart ekran və səsgücləndiricilərdə saniyəölçəni idarə etmək artıq mümkün olmayacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
