main-post-cover

    Yeni macOS Sequoia əməliyyat sistemi təqdim edilib

    Proqram Təminatı
    11.06.2024
    Emil Nəcəfov
         Apple şirkəti iOS 18iPadOS 18-dən əlavə olaraq MacBook kompüterləri üçün nəzərdə tutulmuş yeni macOS versiyasını da təqdim edib. Yeni macOS versiyası macOS Sequoia adlanır. Bu yeni əməliyyat sistemi çərçivəsində reallaşdırılmış yeniliklər arasında iPhone ilə daha sıx inteqrasiya və bəzi süni zəka servisləri var. Yeni əməliyyat sistemində süni zəka fuinksiyaları əsasən brauzer ilə əlaqəlidir. Söhbət, Safari-dən gedir.
         Belə ki, macOS Sequoia çərçivəsində Safari brauzeri veb səhifələr barəsində məlumatları qısa icmal şəklində təqdim edə, veb səhifələrdəki məlumatları bəndlərə bölə, bu və ya digər saytda yerləşən foto, video və musiqi barəsində məlumatları yığaraq onları istifadəçiyə çatdıra bilir. Brauzerdəki Reader rejimi daha da yaxşılaşdırılıb. Belə ki, bu rejim çərçivəsində mətnlər yerdə qalan bütün elementlərdən daha aydın şəkildə ayrılır.
         Digər bir yenilik isə videozəng zamanı fonun hər hansısa təsvir ilə əvəzlənməsidir. Apple Intelligence ekosisteminin macOS Sequoia üçün nəzərdə tutulmuş süni zəka funksiyaları da əsasən mətnlə çalışmaq üçün nəzərdə tutulub. Məsələn süni zəka macOS Sequoia-da dəstəklənən tətbiqlərdə mətnləri tərtib edə və ya artıq hazır mətnləri redaktə edə bilir.
         Yeni əməliyyat sistemində reallaşdırılmış digər bir vacib yenilik iPhone-nun distant şəkildə idarəsidir. Bu halda iPhone ekranı macOS-un iş masasında əks olunur. Sözügedən funksiya iPhone Mirroring adlanır. Bu funksiya çərçivəsində istifadəçi hətta cihazlar arasında fayl mübadiləsini sadə sürüşdürmə hərəkəti ilə reallaşdıra bilər. MacOS Sequoia-nın beta versiyası artıq gələn ay istifadəyə veriləcək. Onun stabil versiyası isə bu ilin ikinci yarısında təqdim edilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPadOS 18 təqdim olunub: Yeniliklər nələrdir?
    ipados-18-teqdim-olunub-yenilikler-nelerdir
    Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
    elon-musk-apple-in-suni-intellektine-qarsi-sert-reaksiya-bildirib
    Süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemi təqdim edilib
    suni-zeka-funksiyalarindan-teskil-edilmis-apple-intelligence-ekosistemi-teqdim-edilib
    iOS 18 təqdim edilib: Nə kimi yeniliklər var?
    ios-18-teqdim-edilib-ne-kimi-yenilikler-var
    iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq
    iphone-16-nin-batareyasi-qeyri-adi-qorunmaya-sahib-olacaq