main-post-cover

    Apple şirkətinin dəyəri ciddi dərəcədə azaldı: 22% dəyərsizləşmə

    Digər
    Reklam və Marketinq
    19.09.2020
    Nijat Hamid
            Yaxın zamanlarda dünyanın ən dəyərli şirkətləri arasında 2 trilyon dollar dəyərinə çatan ilk şirkət olan Apple o gündən başlayaraq bazar dəyərini itirir. Daha əvvəl şirkətin səhmlərinin qiyməti 137.98 dollara qədər yüksəlmişdi. Bunu dəyərləndirən şirkət 1 səhmi 4 hissəyə bölərək həm səhm sayını artırmış, həm də 1 səhmin qiymətini 4-də 1 səhmə çevirmişdi. Beləliklə də Apple uğurlu bir addım atmışdı. Lakin ondan sonra sürətlə bazar dəyərini itirməyə başlayan şirkətin ümumi itirdiyi dəyər isə 22% oldu.

    Apple bazar dəyərinin 5-də 1-indən daha çoxunu sadəcə 12 gün ərzində itirdi. Bu da şirkətin dəyərinin 500 milyard dollar azalması deməkdir.

            Analitiklərin dediklərinə görə bu bazar dəyərinin zəifləmə səbəblərindən biri də şirkətin 15 Sentyabr tarixində keçirdiyi təqdimat oldu. Beləki iPhone 12 smartfonlarının təqdim edilməməsi təqdimatın gözləntilərin altında qalmasına səbəb olub. Həmçinin yeni təqdim olunan Watch seriyası, iPad Air modelləri də maraqla qarşılanmayıb. NASDAQ kimi yüksək texnologiyalara investisiyalar edən mübadilə mərkəzi sistemlərində etdikləri bəzi düzəltmələrdən sonra 10% dəyər itirmişdi. NASDAQ-ın dəyər itirməsinin də Apple şirkətinə öz təsirini göstərdiyi analitiklər tərəfindən vurğulanır. Bir başqa analitikin dediyinə görə isə bu qədər yüksək bazar dəyərinin itirilməsi Apple şirkətinə ciddi təsir etməyəcək və bir müddət sonra şirkət təkrar yüksəlişə keçəcək. 
    Linki kopyala