Azercell 25 tələbəyə təqaüd ayırdı

Azercell 25 tələbəyə təqaüd ayırdı

Reklam və Marketinq
21.12.2022 PAYLAŞIM

    “Azercell Telekom” MMC-nin bu ilin oktyabr ayında elan etdiyi “Tələbə Təqaüdü” Proqramının nəticələri müəyyən edilib. Proqrama 1100-dən çox müraciət daxil olub. Mərhələli seçim prosesinin sonunda 25 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Qeyd edək ki, seçim Marketinq, Biznes Analitikası, Data Elmi, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilmişdir.


    “Tələbə Təqaüdü” Proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

    “Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində gənclərə gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verir, onları inkişaf etməyə, bilik və bacarıqlarını üzə çıxarmağa yardım edir. şirkət bu istiqamətdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələri təhsilə, yeni texnologiyaların öyrənilməsinə həvəsləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirir.



DAHA ÇOX


'Azercell Telekom' MMC şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir

Mobil operator şəhid övladları və şəhidlərin həyat yoldaşlarına təhsil üçün təqaüdü 400 AZN məbləğin..


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyası böyük uduşlarla başa çatdı

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyası son final həftəsini təqdim edib. ..


Ağalı kəndinin məktəbliləri yeni tədris ilinə Azercell ilə birlikdə başlayır!..

Bakı. 15.09.2023. “Azercell Telekom” MMC-nin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində azyaşlı s..


'Kontakt'dan Volkswagen ID.4 qazanmağınız üçün son şans!

“Kontakt” mağazalar şəbəkəsinin başlatdığı elektromobil uduşlu “Şeş-qoşa” kampaniyası sonuncu “Volks..


'Azercell Biznes' tətbiqi artıq AppStore və 'Google Play'də!

“Azercell Biznes” ilə şirkət hesabında olan bütün mobil nömrələrinizi vahid mərkəzdən idarə edin! ..


'Kontakt' izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırır

“Kontakt” mağazalar şəbəkəsi son zamanlar şəbəkənin adından açılmış saxta səhifələrlə bağlı paylaşım..

×