![main-post-cover](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fupload%2Fazercell-4g-naxcivanda6000.jpg&w=3840&q=75)
Azercell 4G Naxçıvanda!
Digər
Reklam və Marketinq
20.01.2023
Emil Nəcəfov
“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi çərçivəsində Naxçıvanda 4G şəbəkəsinin quraşdırılmasına start verib. Lider mobil operator 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.
Xatırladaq ki, ötən ilin avqust ayında Azercell şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəyə start verib. Şirkət 2022-ci il ərzində Bakı və Abşeron ərazisində 55, bölgələrdə isə 50 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran lider operator Qarabağda 100-ə yaxın baza stansiyasını istifadəyə verib.
Qeyd edək ki, layihə çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
![iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2Fiphone-17-slim-main-1280x720.jpeg&w=3840&q=75)
![Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2FBlack-Hole-Forming-in-Stellar-Cl.jpeg&w=3840&q=75)