Azercell Biznes yenilənmiş 'Biznesim' tarif planlarını və 'Biznesim Klubu' loyallıq proqramını təqdim edir!

Azercell Biznes yenilənmiş 'Biznesim' tarif planlarını və 'Biznesim Klubu' loyallıq proqramını təqdim edir!

Reklam və Marketinq
28.04.2021 PAYLAŞIM

    Ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədi ilə Azercell Biznes abunəçilərinə və yeni müştərilərinə yenilənmiş “Biznesim” tarif paketlərini təklif edir. Əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan “Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkədəxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və 4G yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır.
Biznesim tarif paketləri ilə yanaşı, Azercell Biznes öz korporativ müştərilərini yeni istifadəyə verilmiş “Biznesim Klubu”na dəvət edir. “Biznesim Klubu”nun üzvləri “Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər. Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, Azercell Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.

    “Azercell Telekom” MMC-nin Korporativ Seqment Biznes strukturunun B2B Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri  Nicat Əliyev bildirdi: “Ötən il ərzində bizim əsas missiyamız ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi. Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz “Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş “Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək. Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni “Biznesim” tarif planlarımız çərçivəsində müştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”.   


    “Biznesim” tarif paketləri və “Biznesim Klubu” barədə əlavə məlumatı https://www.azercell.com/az/corporate.html səhifəsində əldə edə bilərsiniz.

    Əlavə  məlumat üçün Azercell-in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell AVRO-2020-də yüksək keyfiyyətli mobil şəbəkə təqdim edir!

Ölkəmizdə keçirilən futbol üzrə Avropa çempionatının oyunlarında lider mobil operator gücləndirilmiş..


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən 'Uşaq Qaynar Xətt' xidmətinə son 5 ay..

Ölkəmizin parlaq gələcəyi üçün bu gün uşaqların sağlam mühitdə böyüməsi əsas şərtlərdən biridir...


Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqəyə start verili..

Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tər..


Ölkəmizdə ilk dəfə beynəlxalq virtual TECH4GOOD sammiti baş tutmuşdur

Ölkəmizdə 5 İyun tarixində beynəlxalq virtual TECH4GOOD sammiti baş tutmuşdur.


'Satışın artırılması: Xəlifəti əlindən alınmış, xəlif, kimi hiss edirəm özümü!'..

Niyə başlığın belə seçildiyini birazdan izah edərəm. İndi isə hazırki vəziyyəti analiz edək...


Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

Lider mobil operator növbəti karyera sərgisində iştirak edib

×